Avropa Liqası: "Qalatasaray"ın rəqibi müəyyənləşib

A- A A+

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə "Qalatasaray"ının da rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi bu raundda İspaniyanın "Barselona" klubu ilə qarşılaşacaq. "Sarı-qırmızılar" cavab görüşünü evdə keçirəcək.

Avropa Liqası

1/8 final mərhələsi

"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)

"Braqa" (Portuqaliya) - "Monako" (Fransa)

"Portu" (Portuqaliya) - "Lion" (Fransa)

"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)

"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)

"Leyptsiq" (Almaniya) - "Spartak" (Moskva, Rusiya)

"Betis" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

Qeyd edək ki, ilk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: