Gənclər və İdman Nazirliyi Xocalı soyqırımı ilə bağlı videoçarx hazırlayıb - VİDEO

A- A A+

Gənclər və İdman Nazirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar videoçarx hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, video Xocalıda misli görünməmiş qəddarlıq və amansızlıqla qətlə yetirilmiş 63 günahsız uşağın ruhuna ithaf olunub.

Qeyd edək ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: