Karate 1 Premyer Liqa turniri Rusiyada keçirilməyəcək

A- A A+

Bu ilin oktyabrında Rusiyada keçirilməsi nəzərdə tutulan Karate 1 Premyer Liqa turnirinin yerinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytında məlumat verilib.

WKF-in 2022-ci ildə Karate 1 Premyer Liqa turnirlərinin sayını olduğu kimi (5 turnir) saxlamaq niyyətində olduğundan yarış üçün yeni məkan axtarışına başlayıb.

Məlumatda qeyd edilir ki, Şərqi Avropada və dünyada sülhün və sabitliyin tezliklə bərpasına ümid edən qurum karateçilərin müdafiəsi, eyni zamanda bütün yarışlarda idmançılar üçün ən yaxşı şəraiti təmin etmək üçün əlindən gələni etməyə davam edəcək.

Xatırladaq ki, Moskvadakı turnir oktyabrda 7–9-da keçirilməli idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: