Sentyabrın 9-da UEFA Millətlər Liqasının ikinci turunun növbəti oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, ikinci turun start oyununda Ukrayna millisi öz meydanında Slovakiya yığmasını qəbul edib. Görüş Andrey Şevçenkonun yetirmələrinin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0).
Günün maraqla gözlənilən oyunu “Stad de Frans” stadionunda baş tutub. “A” liqasının 1-ci turunda son dünya çempionu Fransa millisi Hollandiya yığmasını qəbul edib. Oyunda hesabı meydan sahibləri açıb. Belə ki, hollandiyalıların müdafiəçilərinin səhvini PSG klubunun və Fransa yığmasının əsas oyunçusu Kilyan Mbape bağışlamayıb. Fasiləyə qədər hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Fasilədən sonra qonaqlar hesabı bərabərləşdirə biliblər. Qarşılaşmanın 67-ci dəqiqəsində Ryan Babel adını tabloya yazdırıb. Matçın 75-ci dəqiqəsində meydan sahibləri yenidən hesabda önə keçib. Benjamen Mendinin ötürməsini Olivye Jiru dəqiq zərbə ilə tamamlayıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, görüş 2:1 hesabı ilə Fransa seçməsinin qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, ilk turda Fransa millisi Almaniya millisi ilə heç-heçə edib (0:0).
Turun digər oyunları:
Danimarka - Uels - 2:0
Bolqarıstan - Norveç - 1:0
Kipr - Sloveniya - 2:1
Gürcüstan - Latviya - 1:0
Makedoniya - Ermənistan - 2:0
Lixtenşteyn - Cəbəllütariq - 2:0
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.