Martın 1-də Serbiyanın paytaxtı Belqradda FIDE Qran-Pri seriyasının ikinci mərhələsində birinci turun oyunları keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkəmizi yarışda təmsil edən Şəhriyar Məmmədyarov çinli Yu Yanqyi ilə görüşəcək.
Ümumilikdə 16 şahmatçının iştirak etdiyi yarışa martın 14-də yekun vurulacaq.
Şəhriyar Məmmədyarov, həmçinin turnirin üçüncü mərhələsində də mübarizə aparacaq. Şahmatçılar hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.