Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov çıxış etdiyi Türkiyənin “Bursaspor” klubunda ən çox meydanda olan futbolçudur.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, o, indiyədək komandanın heyətində ümumilikdə 1 722 dəqiqə oynayıb.
İkinci sırada 1 484 dəqiqə ilə xorvatiyalı müdafiəçi Luka Tsapan qərarlaşıb. İlk üçlüyü belçikalı yarımmüdafiəçi Massimo Bruno (1 450) tamamlayır.
Qeyd edək ki, N.Ələskərov "Bursaspor"la 2+1 illik müqavilə bağlayıb.