Azərbaycan nümayəndə heyəti “Pekin-2022” XIII Qış Paralimpiya Oyunları üçün Çinə yola düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, heyətdə Azərbaycan milli Paralimpiya komandasının missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov yer alıblar.
Azərbaycan təmsilçisi ilk dəfə Qış Paralimpiya Oyunlarında iştirak edəcək. Oyunlar martın 4-dən 13-dək keçiriləcək.