Boks üzrə respublika birinciliyinin qalibləri mükafatlandırılıb

A- A A+

“Təhsil” Respublika İdman Mərkəzi boks idman növü üzrə 2006-2007-ci il təvəllüdlü oğlan və qızlar arasında respublika birinciliyi keçirib.

Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, pandemiya qaydalarına uyğun təşkil olunan yarışda uşaq-gənclər idman-şahmat məktəblərindən 15 komanda olmaqla 18 idmançı mübarizə aparıb. Ümumi hesabda 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi I yeri, Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbi II yeri, Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi III yeri tutub.

Qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd boks idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması, şəhər və respublika yarışlarında iştirak etmək üçün mərkəzin yeniyetmələrdən ibarət yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: