FIDE Qran-Pri seriyası: Şəhriyar Məmmədyarov ikinci mərhələnin üçüncü turunda rusiyalı şahmatçı ilə qarşılaşacaq

A- A A+

Belqradda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi FIDE Qran-Pri seriyasının martın 3-də ikinci mərhələsinin üçüncü turunun oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, D qrupunda çıxış edən təmsilçimiz üçüncü görüşdə rusiyalı Aleksandr Predke ilə üz-üzə gələcək. Şahmatçımız ağ fiqurlarla oynayacaq.

Ş.Məmmədyarov ikinci turda Maksim Vaşye-Laqrav (Fransa) ilə heç-heçə edib. Qrupda hər şahmatçının aktivində 1 xal var.

Xatırladaq ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək.

Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: