Voleybol üzrə Azərbaycan yığması Kamerun millisi ilə qarşılaşacaq

A- A A+

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Sloveniyada davam etdirir.

NUHÇIXAN xəbər verir ki, bu gün millimiz hazırlıq prosesi çərçivəsində Kamerun yığması ilə yoxlama oyunu keçirəcək.

Voleybolçularımız sentyabrın 12-də Vətənə qayıdacaqlar. Bakı toplanışı çərçivəsində millimiz Rusiyanın “Uraloçka” və “Dinamo Krasnodar” klubları ilə yoxlama oyununda gücünü sınayacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: