Avropa çempionu Naxçıvanda ustad dərsləri keçir - FOTOLAR

A- A A+
 

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə İslam Hümbətov adına Uşaq Gənclər İdman məktəbində cüdo üzrə ustad dərsləri keçirilir. Dərslərdə 80-dən çox yeniyetmə və gənc cüdoçu, o cümlədən məşqçi-müəllim iştirak edib. Ustad dərsi ikiqat Avropa çempionu, Azərbaycan Cüdo Federasiyasının regionlar üzrə nəzarətçisi, əməkdar məşqçi Tərlan Poladovun rəhbərliyi ilə keçirilib.  Təcrübəli mütəxəssis rəqibi məğlub etmək üçün özünün işlətdiyi  üsulları, bu idman növünün incəliklərini cüdoçulara nümayiş etdirib. Eyni zamanda cüdoda tədbiq olunan yeni qaydalar barədə də məşqçi-müəllimlər və idmançılara məlumat verib.

5 gün davam edəcək ustad dərsləri Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın digər rayonlarında da davam edəcək.

 Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: