Atletika idman növləri üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə oğlan və qız atletlər (2005-2007-ci il təvəllüdlülər) arasında atletikanın 100, 200, 400, 800 və 1500 metr məsafəyə qaçış, nizəatma və nüvəitələmə növləri üzrə keçirilən muxtar respublika birinciliyinə 120-yə yaxın idmançı qatılıb. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Naxçıvan Atletika Federasiyası tərəfindən təşkil edilən yarış muxtar respublika stadionunda keçirilib.

Muxtar respublikada bu idman növlərinin inkişafı, təbliği və kütləviliyin təmin olunması, eləcə də federasiya tərkibində fəaliyyət göstərən klublarının işinin təkmilləşdirilməsi məqsədi daşıyan yarışda nəticələr fərdi və komanda xarakterli mübarizəyə əsaslanıb.

Yarışın bağlanış mərasimində gənclər və idman naziri Ramil Hacı və Atletika Federasiyasının sədri Rəhman Məmmədov muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan bəhs ediblər. Qeyd olunub ki, digər idman növləri kimi atletika idman növlərinin inkişafı da diqqət mərkəzində saxlanılır, istedadlı idmançı bazası yaradılır, onların ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir.

Çıxışların ardınca mükafatlandırma mərasimi olub. İlk üçlükdəki idmançılara diplom və medallar, komandalara isə kubok təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: