FİFA referisi Anar Salmanovun iştirakı ilə növbəti seminar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Muxtar Respublika Stadionunun iclas zalında Gənclər və İdman Nazirliyi, Naxçıvan Futbol Federasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib.

AFFA-nın Hakimlər Komitəsinin üzvü FİFA referisi Anar Salmanovun iştirakı ilə reallaşan seminara Naxçıvan Futbol Federasiyasının məşqçi, futbolçu və hakimləri qatılıb. Anar Salmanov bildirib ki, Avropa Futbol Assosiasiyaları İttifaqının AFFA ilə imzaladığı əməkdaşlıq konvensiyası proqramına əsasən, hakimliyin inkişaf strategiyası ilə bağlı ölkənin bütün bölgələrini əhatə edən işlər görülür. Ölkə hakimlərinin formalaşdırılması və onlara yeni oyun qaydalarının aşılanması işinin davamlı olaraq icra olunacağını diqqətə çatdırıb. Naxçıvanda yeni hakimlərin kurslara və seminarlara cəlb olunmasının təqdirəlayiq hal olduğunu bildirən beynəlxalq dərəcəli hakim, bu dəfəki görüşün effektiv nəticələr verəcəyinə inamını ifadə edib.

Seminar futbol qaydaları ilə bağlı əsas qanunlar, tətbiq olunan son dəyişikliklərlə bağlı məlumatların hakimlərə çatdırılması, matçlarda rastlanan maraqlı epizodların video təhlili, hakimlər briqadasının iş prinsipləri, idarəçiliyin dəyərləndirilməsi və digər mövzuları əhatə edib.

 

Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: