Muxtar respublikanın  futbol üzrə ən yaxşı kənd komandaları məlum olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon  birinciliklərinə yekun vurulub.

Hər bir rayonda ayrılıqda keçirilən final qarşılaşmalarında qaliblər müəyyən olunub. Rayon birinciliklərinin nəticələrinə əsasən Ordubadın Başdizə kənd komandası, Şərurun  Aralıq kənd komandası, Şahbuzun Gömür kənd komandası, Culfanın  Ərəzin kənd komandası, Babəkin isə Nehrəm kənd komandası həlledici görüşlərdə qələbə qazanaraq birinci olublar.

İlk üçlükdə qərarlaşan komandalar kubokla, komandaların üzvləri və oyunu idarə edən hakimlər isə geyim dəstləri ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və şəhər, rayon Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə 61 komandanın mübarizə apardığı şəhər və rayon birincilikləri hər həftənin şənbə günü olmaqla iyulun 28-dən sentyabrın 8-ə qədər davam edib.

Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: