Mançester derbisində beş qol vurulub

A- A A+

Martın 6-da futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turun mərkəzi qarşılaşması keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionluğa iddialı "Mançester Siti" doğma meydanda "Mançester Yunayted"lə üz-üzə gəlib. "Etihad" stadionunda keçirilən qarşılaşma "şəhərlilər"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 5-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Brüyne açıb. Matçın 22-ci dəqiqəsində Ceydon Sanço tarazlığı bərpa edib. Qarşılaşmanın 28-ci dəqiqəsində De Brüyne özünün və komandasının ikinci qolunu vurub. Görüşün 68-ci dəqiqəsində Riyad Mahrez fərqi üç topa çatdırıb. Matçda son nöqtəni də Riyad Mahrez qoyub. Əlcəzairli yarımmüdafiəçi oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə fərqlənməklə yekun hesabı müəyyənləşdirib.

Bu qalibiyyətdən sonra xallarını 69-a çatdıran "Mançester Siti" ilk pillədəki mövqeyini qoruyub. Qırx yeddi xalı olan "Mançester Yunayted" isə 5-ci sırada qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: