Portuqaliyalı futbolçu Çempionlar Liqasının tarixinə düşüb

A- A A+

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Rodriqu Ribeyru UEFA Çempionlar Liqasının tarixinə düşüb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, portuqaliyalı hücumçu buna İngiltərədə "Mançester Siti"yə qarşı 1/8 final mərhələsinin cavab oyununun 89-cu dəqiqəsində meydana 16 yaş 315-ci günündə ikən çıxmaqla nail olub.

Beləliklə, Ribeyru turnirin pley-off mərhələsində debüt edən ən gənc oyunçu adına sahib çıxıb.

Daha əvvəl Almaniyanın "Borusiyya" (Dortmund) klubunun hücumçusu Yussufa Mukoko 2020-ci ildə 16 yaş 18-ci günündə qrup mərhələsində meydana çıxıb.

Qeyd edək ki, "Mançester Siti" - "Sportinq" görüşü qolsuz bərabərliklə yekunlaşıb. İlk qarşılaşmada rəqibinə 0:5 hesabı ilə uduzan Portuqaliya təmsilçisi mübarizəni dayandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: