Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

A- A A+

Azərbaycanın daha iki qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 53 kq çəki dərəcəsində mübarizə aparan Gültəkin Şirinova 1/4 finalda fransalı Çadya Ayaçiyə qalib gəlib. Şirinova yarımfinalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək.

62 kq-dakı Jalə Əliyevə eyni raundda fransalı Çadya Ayaçini məğlubiyyətə uğradıb. Əliyeva finala gedən yolda polşalı Paulina Malqorzata Danişlə görüşəcək.

65 kq-dakı Birgül Soltanova estoniyalı Viktoriya Vessoya yenilib.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: