UEFA Avropa Liqası: "Qalatasaray" səfərdə "Barselona" ilə heç-heçə edib

A- A A+

Martın 10-da futbol üzrə UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin oyunlarına start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, günün açılış matçında "Sevilya" İspaniyada İngiltərənin "Vest Hem" klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 60-cı dəqiqədə Munir El-Haddadi vurub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Barselona"nın qonağı olub. "Kamp Nou" stadionundakı görüş qolsuz heç-heçə ilə başa çatıb.

Gecənin digər qarşılaşmalarında "Reyncers" Şotlandiyada Serbiyanın "Srvena Zvezda" klubuna, "Braqa" Portuqaliyada Fransa "Monako"suna, "Atalanta" isə İtaliyada Almaniyanın "Bayer" (Leverkuzen) komandasına qalib gəlib.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. Rusiyanın "Spartak" klubu UEFA Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i dörddəbir finala birbaşa vəsiqə qazanıb.

Qeyd edək ki, ilk oyun günündə Fransanın "Lion" klubu Portuqaliyada "Portu"nu 1:0, Almaniyanın "Ayntraxt" komandası isə İspaniyada "Betis"i 2:1 hesabı ilə məğlub edib.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə) - 1:0;

"Qlazqo Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0;

"Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0;

"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2;

"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: