Martın 10-da futbol üzrə UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinin oyunlarına start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin favoritlərindən İtaliyanın "Roma" klubu Niderlandda "Vitess"i minimal hesabla məğlub edib - 1:0. Niderlandın digər təmsilçisi "Feyenoord" komandası Serbiyada "Partizan"ın qapısından beş top keçirib - 5:2.
Bundan başqa, Yunanıstanın PAOK klubu doğma meydanda Belçikanın "Gent" kollektivinə, Çexiyanın "Slaviya" komandası isə Çexiyada Avstriyanın LASK klubuna qalib gəlib.
Bu raundun diqqət çəkən matçlarından biri Fransada baş tutub. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" klubu "köhlən atlar"la eyni qrupda yer almış İsveçrənin "Bazel" klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa təmsilçisinin heyətində hər iki qolu Arkadiuş Milik vurub. Matçın 19-cu dəqiqəsində penaltidən fərqlənən polşalı hücumçu 68-ci dəqiqədə dubl edib. Qonaqların yeganə qoluna isə 80-ci dəqiqədə Sebastyano Espozito imza atıb.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
PAOK (Yunanıstan) - "Gent" (Belçika) - 1:0;
"Slaviya Praqa" (Çexiya) - LASK (Avstriya) - 4:1;
"Vitess" (Niderland) - "Roma" (İtaliya) - 0:1;
"Partizan" (Serbiya) - "Feyenoord" (Niderland) - 2:5;
"Marsel" (Fransa) - "Bazel" (İsveçrə) - 2:1;
"Lester Siti" (İngiltərə) - "Renn" (Fransa) - 2:0;
PSV (Niderland) - "Kopenhagen" (Danimarka) - 4:4;
"Budyo Qlimt" (Norveç) - "AZ Alkmar" (Niderland) - 2:1.
Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.