Hüquq-mühafizə orqanları əməkdaşları arasında atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, eyni zamanda Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi keçirilib.

Yarışda rəqiblərinə görə daha yüksək göstərici əldə edən Dövlət Gömrük Komitəsinin əməkdaşı Mahmud Vəliyev birinci yerə layiq görülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Toğrul Talıbov ikinci, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Arif Bayramov isə üçüncü yerə yiyələnib.

Sonda ilk 3 yeri tutan idmançılara təşkilatçıların diplom, kubok  və hədiyyələri təqdim olunub.

Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: