Azərbaycan mini-futbol yığmasının potensial rəqibləri müəyyənləşib

A- A A+

İyunun 4-də Slovakiyanın Koşitse şəhərində start götürəcək mini-futbol üzrə Avropa çempionatının püşkatma mərasimi üçün iştirakçı ölkələrin səbət bölgüsü müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan millisi 4-cü səbətə düşüb. Həmin səbətdə Portuqaliya, Yunanıstan, Gürcüstan, Fransa və Polşa da yer alıb.

Ümumilikdə komandalar hərəsində 6 yığma olmaqla 4 səbətə bölünüblər. Digər səbətlərin tərkibi belədir:

1-ci səbət
Slovakiya
Çexiya
Rumıniya
Qazaxıstan
Macarıstan
Monteneqro
2-ci səbət
Serbiya
İngiltərə
İspaniya
Ukrayna
Bolqarıstan
İtaliya
3-cü səbət
İsrail
Türkiyə
Avstriya
Moldova
Belçika
Albaniya

Avropa çempionatı iyunun 11-dək davam edəcək.

Qeyd edək ki, martın 14-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq və İdman TV ilə canlı yayımlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: