Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala yüksəlib

A- A A+

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında finala yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən Zirəddin Bayramov yarımfinalda fransalı Marvan Ahmed Yezzaya qalib gəlib. O, həlledici raundda Ermənistan təmsilçisi Hraçya Marqaryanla üz-üzə gələcək.

97 kq-da yarışan İslam İlyasov yarımfinalda macarıstanlı Riçard Veqi məğlubiyyətə uğradıb. İlyasov qızıl medal uğrunda almaniyalı Yohannes Mayerlə münasibətlərə aydınlıq gətirəcək.

1/4 finalda uduzan Tofiq Əliyev (57 kq) rəqibi finala çıxdığı üçün bürünc medal uğrunda görüşdə Bolqarıstandan olan İvaylo Milenova rəqib olub.

Əşrəf Aşırov (79 kq) da rəqibi finala yüksəldiyindən medal şanslarını davam etdirir və sabah təsəlliverici qarşılaşmada almaniyalı Konstantin Schaible ilə görüşəcək.

Yığmanın digər üzvü Murad Yevloyev (70) isə yarışı medalsız başa vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: