Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində finalçılar müəyyənləşib

A- A A+

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində finalçılar müəyyənləşib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 idmançısının iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 6-cı günündə yarımfinal görüşləri baş tutub.

On dörd çəki dərəcəsində 28 döyüşün nəticəsinə əsasən, finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Azərbaycan birinciliyinə martın 14-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: