On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci raundunda bu gün sonuncu oyununu keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, millimiz Albaniyada təşkil edilən qrup mərhələsinin sonuncu oyununda Şotlandiyadan olan yaşıdları ilə üz-üzə gələcək. Saat 17:30-da başlayacaq oyunu niderlandlı baş hakim Lizzi Van Der Helm idarə edəcək.
Millimiz daha əvvəlki oyunlarda Albaniyaya 0:1, Şimali Makedoniyaya isə 0:3 hesabı ilə məğlub olub.