"Barselona" İspaniya La Liqasının 28-ci turunda "Osasuna" ilə matçında (4:0) 21-ci əsrin rekorduna imza atıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, Kataloniya klubunun heyətində yarımmüdafiəçi Riki Puç qollardan birini vurub. Beləliklə, İspaniya çempionatının bu mövsümündə “Barselona”da 22 fərqli futbolçu qol vurub. Bununla da, Kataloniya təmsilçisi “Real Madrid”in rekordunu qırıb. Belə ki, Madrid klubunda 2019-2020-ci il mövsümündə 21 futbolçu qol vurub.
Qeyd edək ki, "Barselona" 27 matçdan sonra 51 xalla üçüncü pillədə qərarlaşıb.