Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun oyun cədvəli açıqlanıb

A- A A+

Martın 14-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyun cədvəli açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, XX turun oyunları iki gün ərzində keçiriləcək.

Tura martın 18-də saat 17:00-da başlayacaq “Keşlə” - “Sumqayıt” matçı ilə start veriləcək. Görüş “ASK Arena”da oynanılacaq.

Həmin gün keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu isə saat 19:37-də başlayacaq. Komandalar “Bakcell Arena”da üz-üzə gələcəklər. Klubun yaranmasının 85 illiyinə təsadüf etdiyindən görüşün başlama saatı rəmzi olaraq 19:37-yə təyin olunub.

Martın 19-da “Sabah” klubu “Bank Respublika Arena” stadionunda “Səbail” komandasını qəbul edəcək. Matç saat 16:45-də başlayacaq. Tura həmin gün saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

On doqquz turdan sonra turnir cədvəlinə 43 xalla “Qarabağ” klubu başçılıq edir. Otuz beş xal toplayan “Zirə” ikinci, 34 xalı olan “Neftçi” üçüncü, 33 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Sabah” (23), “Keşlə” (18), “Sumqayıt” (13) və “Səbail” (11) klubları qərarlaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: