Naxçıvanda “İkinci bazar günü” adlı norma və reytinq yarışı keçirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində ilk dəfə olaraq 4 ölkənin iştirakı ilə keçirilən “İkinci bazar günü” adlı norma və reytinq yarışına start verilib.
Azərbaycan və Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Türkiyə, İran və Gürcüstandan olmaqla, ümumilikdə 46 şahmatçı norma və reytinq yarışında mübarizə aparır.
Qeyd edək ki, mart ayının 19-na kimi davam edəcək yarışın sonunda qalib olan şahmatçılar hədiyyələrlə mükafatlandırılacaqlar.
Əli İbrahimbəyli