Bu il Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək ölkə müəyyənləşib

A- A A+

Bu il keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytına istinadla xəbər verir ki, turnir Hindistanda baş tutacaq. Yarış bu ölkənin cənubundakı əsas turizm mərkəzlərindən olan Mahabalipuram ərazisində yerləşən “Four Points by Sheraton” konqres mərkəzində keçiriləcək. Olimpiadanın dəqiq tarixi açıqlanmasa da, iyulun sonu – avqustun əvvəlində təşkil ediləcəyi bildirilib.

Xatırladaq ki, bu il şahmat olimpiadası Rusiyada keçirilməli idi. Lakin Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar olimpiadaya ev sahibliyi hüququ Rusiyadan alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: