“Atletiko” UEFA Çempionlar Liqasının tarixinə düşüb

A- A A+

“Atletiko” UEFA Çempionlar Liqasının tarixinə düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İspaniya təmsilçisi ev oyunlarında qələbə qazanmadan dörddəbir finala yüksələn ilk komanda olub.

Madrid təmsilçisi qrupda “Porto” (0:0), “Liverpul” (2:3) və “Milan” (0:1), səkkizdəbir finalda “Mançester Yunayted”i (1:1) qəbul edib. “Atletiko” bu görüşlərdə qalib gələ bilməsə də, Mançesterdəki 1:0 hesablı qələbə ilə dörddəbir finala yüksəlib.

Madrid klubunadək heç bir komanda ev qələbəsi olmadan bu qədər irəliləməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: