Bu gün futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bununla da 1/4 final mərhələsinin iştirakçıları bəlli olacaq.
Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i "köhlən atlar"la eyni qrupda yer almış İsveçrə "Bazel"inin qonağı olacaq. İlk matçda 2:1 hesablı qələbə qazanan Liqa 1 təmsilçisi üstünlüyünü qorumağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Turnirin favoritlərindən "Roma" İtaliyada Niderland "Vitess"i, İngiltərə "Lester"i isə Fransada "Renn"lə üz-üzə gələcək.
UEFA Konfrans Liqası, 1/8 final
Cavab oyunları
17 mart
21:45. "Bazel" (İsveçrə) - "Marsel" (Fransa)
İlk oyun - 1:2
21:45. "Renn" (Fransa) - "Lester" (İngiltərə)
İlk oyun - 0:2
21:45. "Kopenhagen" (Danimarka) - PSV (Niderland)
İlk oyun - 4:4
21:45. AZ (Niderland) - "Budyo Qlimt" (Norveç)
İlk oyun - 1:2
00:00. "Gent" (Belçika) - PAOK (Yunanıstan)
İlk oyun - 0:1
00:00. LASK (Avstriya) - "Slaviya" Praqa (Çexiya)
İlk oyun - 1:4
00:00. "Roma" (İtaliya) - "Vitess" (Niderland)
İlk oyun - 1:0
00:00. "Feyenoord" (Niderland) - "Partizan" (Serbiya)
İlk oyun - 5:2