Şahmatçımız Şəhriyar Məmmədyarov FIDE Qran-Pri seriyasının üçüncü mərhələsində mübarizə aparacaq

A- A A+

Martın 21-də Almaniyanın paytaxtı Berlində FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edəcək. Təmsilçimiz B qrupunda Leyner Dominqes (ABŞ), rusiyalı Daniil Dubov və almaniyalı Vinsent Keymerlə mübarizə aparacaq. Turnirə, ümumilikdə 16 şahmatçı qatılacaq.

Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının ikinci mərhələsində iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: