Avropa Liqası: "Qalatasaray" "Barselona"ya uduzaraq mübarizəni dayandırıb

A- A A+

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu günə nəzərdə tutulan 7 görüşdən dördü başa çatıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniya "Barselona"sını qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu meydan sahibləri vurublar. 28-ci dəqiqədə Markao künc zərbəsindən sonra başla topu qapıdan keçirib. 37-ci dəqiqədə Pedri "Cim-Bom"un 3 müdafiəçisini aldadaraq, hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni isə 50-ci dəqiqədə Pyer-Emerik Obameyanq qoyub. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmadığından, bu nəticə "Barselona"nı 1/4 finala daşıyıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: