Sentyabrın 11-də UEFA Millətlər Liqasının ikinci turuna yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, günün ən çox maraqla gözlənilən oyunu “Estadio Martinez Valero” stadionunda keçirilib. “A” liqasının 4-cü qrupunda yer alan Xorvatiya millisi İspaniya yığmasının qonağı olub. Görüş İspaniya millisinin böyük hesablı qələbəsi ilə başa çatıb (6:0). Meydan sahiblərinin heyətində Saul Niguez, Marko Asensio (2), Lovre Kaliniç (avtoqol), Rodrigo, Serxio Ramos, İsko fərqləniblər.
Bu liqanın 2-ci qrupunda yer alan İslandiya yığması isə Belçika millisini qəbul edib. Eden Hazard, Romelu Lukakunun (2) qolları sayəsində belçikalılar qələbə qazanıb.
Turun digər oyunlarında növbəti oyunlar keçirilib:
Bosniya və Herseqovina - Avstriya - 1:0
Finlandiya - Estoniya - 1:0
Macarıstan - Yunanıstan - 2:1
Moldova - Belarus - 0:0
San-Marino - Lüksemburq - 0:3.