Türkiyədə keçirilən gənclər arasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Velo Alanya Junior” yarışına yekun vurulub.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, ikigünlük turnirdə 9 ölkədən 17 komandanın heyətində 83 velosipedçi mübarizə aparıb. Yarışda Azərbaycanın idman şərəfini gənclərdən ibarət yığmamızın üzvü Kamran Mirzəxanov qoruyub.
Turnirin birinci günündə iştirakçılar 6,3 kilometr məsafəyə fərdi ötüşmədə bacarıqlarını nümayiş etdiriblər. Bu növdə 20-ci olan Kamran 101 kilometrlik qrup ötüşməsində daha yaxşı çıxış edib. Belə ki, o, finiş xəttini 10-cu keçməklə ümumi təsnifatda 15-ci nəticə göstərib.