Martın 19-da İtaliya A Seriyasının 30-cu turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir, turnir cədvəlində ikinci pillədə qərarlaşan "Napoli" öz meydanında "Udineze" klubunu qəbul edib.
"Dieqo Armando Maradona" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı qonaqlar matçın 22-ci dəqiqəsində açıb. Udine təmsilçisi heyətində Jerar Delafeo fərqlənib.
Fasilədən sonra hücumları artıran neapollular ardıcıl iki dəfə fərqlənərək A Seriyanın başa çatmasına 9 tur qalmış vacib qələbə qazanıb. "Napoli"nin heyətində hər iki qolu Viktor Osimen vurub. Bu nigeriyalı futbolçunun cari mövsüm İtaliya çempionatında vurduğu 11-ci qol olub.
Bununla da "Napoli" 30 oyundan sonra xalını 63-ə çatdıraraq, ikinci pilləyə yüksəlib. "Udineze" isə 28 görüşdən sonra 30 xalla 14-cü yerdə gedir.