Lebron Ceyms NBA-da ən çox xal toplayan ikinci basketbolçu olub

A- A A+

ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) tarixinə düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 38 yaşlı oyunçu buna "Vaşinqton Uizards"a 119:127 hesabı ilə uduzduqları görüşdə nail olub.

Ceyms həmin qarşılaşmada 38 xal toplayıb və karyerasındakı xalların sayını 36 947-yə çatdırıb. O, bu göstəriciyə görə 2004-cü ildə karyerasını bitirmiş Karl Malonu (36 928) geridə qoyaraq ikinci pilləyə yüksəlib.

Birinci sırada 1969 - 1989-cu illərdə oynamış Karim Abdul-Cabbar (38 387) yer alıb.

Qeyd edək ki, Lebron Ceyms 4 qat NBA çempionudur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: