Azərbaycan yığması Avropa çempionatında 39 ölkə arasında finalda ən çox təmsilçisi olan 8 komandadan biridir

A- A A+

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, martın 13-də start götürən yarışda oğlanlar arasında yarımfinal görüşlərinin yekununa əsasən, finalda təmsil olunacaq ölkələrin siyahısı açıqlanıb.

Avropa çempionatında 13 çəkidən 7-də mübarizə aparan millimizin 2 boksçusu həlledici qarşılaşmada iştirak hüququ qazanıb. Yığmamız bu nəticə ilə 39 ölkə arasında finalda ən çox təmsilçisi olan 8 komandadan biridir.

Ümumilikdə, cəmi 15 ölkənin boksçusu çempionluq üçün mübarizə aparacaq. Bu siyahıda 3-8-ci yerləri bölüşən Azərbaycanı yalnız Ukrayna və İtaliya qabaqlayır.

Qeyd edək ki, Poreçdə keçirilən Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov (51 kq) gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov (54 kq) türkiyəli Samet Gümüşlə görüşəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: