Qitə çempionlarının üz-üzə gələcəyi matçın başlama saatı açıqlanıb

A- A A+

Futbol üzrə son Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina yığmaları arasında keçiriləcək oyunun başlama saatı açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Finalissima" adı verilən və iyunun 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Londonda 86 000 tamaşaçı tutumuna malik "Uembli" stadionunda gerçəkləşəcək görüşün biletləri martın 24-də satışa çıxarılacaq.

Qeyd edək ki, bu oyun Avropa futbol qurumu ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: