Şəhriyar Məmmədyarov FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinə heç-heçə ilə başlayıb

A- A A+

Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi start götürüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edir. Təmsilçimiz B qrupunda ilk görüşünü almaniyalı Vinsent Keymerə qarşı keçirib. Qarşılaşma heç-heçə ilə başa çatıb. Qeyd edək ki, şahmatçımız sonrakı turlarda Leyner Dominqes (ABŞ) və rusiyalı Daniil Dubovla görüşəcək.

Turnirdə ümumilikdə, 16 şahmatçı iştirak edir.

Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə əldə edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: