İngiltərədə daha iki futbolçunun adı Şöhrət Zalına daxil edilib

A- A A+

İngiltərədə daha iki veteran futbolçunun adı Premyer Liqanın Şöhrət Zalına daxil edilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunlar "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi və "Arsenal"ın keçmiş yarımmüdafiəçisi Patrik Vieyradır.

Daha əvvəl "qırmızı şeytanlar"dan Devid Bekhem, Erik Kantona və Roy Kinin, "topçular"dan isə Tyerri Anrinin adları Şöhrət Zalına salınıb.

Qeyd edək ki, Ueyn Runi 2004 - 2017-ci illərdə "Mançester Yunayted"in formasını geyinib. Patrik Vieyra isə 1996 - 2005-ci illərdə "Arsenal"da çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: