UEFA Rusiyanın Avropa çempionatları ilə bağlı müraciətini rədd etmək istəyir

A- A A+

UEFA Rusiya Futbol İttifaqının (RFS) 2028 və ya 2032-ci ildəki Avropa çempionatına ev sahibliyi ilə bağlı müraciətini rədd etməyə çalışır.

NUHÇIXAN İnformasiya Agentliyi "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, qitə futbol qurumunun rəhbərliyi məsələ ilə bağlı təcili toplantı keçirmək niyyətindədir.

Ərizənin rədd edilməsi ilə bağlı addımlar artıq işlənmə mərhələsindədir.

Qeyd edək ki, daha əvvəl Türkiyə, Yunanıstan, Bolqarıstan, Serbiya, Rumıniya, Böyük Britaniya və İrlandiya AVRO-2028-i keçirmək üçün UEFA-ya müraciət ünvanlayıb. Yarışlarla bağlı qərar 2023-cü ilin sentyabrında açıqlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: