Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatının yarımfinalına yüksəlib

A- A A+

Azərbaycanın iki qadın güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

NUHÇIXAN xəbər verir ki, bunlar Alyona Kolesnik və Elis Manolovadır. 57 kq çəki dərəcəsində mübarizə aparan Kolesnik ilk görüşündə türkiyəli rəqibini, ikinci görüşündə ötən ilin norveçli Avropa çempionunu tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. 65 kq çəkidə yarışan Manolava isə macarıstanlı və çexiyalı güləşçilərdən üstün olub. Anjela Doroqan (53 kq) və Elmira Qəmbərova (62 kq) ilk mərhələdə uduzsalar da, təsəlliverici görüşlərdə iştirak şanslarını qoruyurlar.  Qeyd edək ki, ötən gün mübarizəyə başlayan Azərbaycan qadın güləşçilərindən Mariya Stadnik (50 kq) bu axşam final, Səbirə Əliyeva (76 kq) və Tatiana Omelçenko (59 kq) isə bürünc medal görüşünə çıxacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: