Futbol üzrə Azərbaycan millisi Malta yığması ilə qarşılaşır

A- A A+

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununda səfərdə Malta yığması ilə qarşılaşır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ta Qali şəhərindəki Milli Stadionda keçirilən görüşdə milli komandamızın heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Azər Salahli, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Ramil Şeydayev, Abbas Hüseynov, Eddi İsrafilov, Filip Ozobiç və Aleksey İsayev çıxıblar.

Malta yığmasının start heyətində isə Anri Bonello, Rayan Kamenzuli, Stiv Borq, Andrey Acius, Mettyu Giyomye, Cozef Mbonq, Brandon Payber, Aleksander Satariano, Teddi Teuma, Yurge Deqabriele və Jan Borq yer alıblar.

Bu, Azərbaycan yığmasının 2022-ci ildə ilk matçı olacaq. Meydan sahiblərindən Keyn Attard, Azərbaycan millisində isə Namik Ələskərov zədə səbəbindən oynamır.

Xatırladaq ki, qarşılaşma komandaların doqquzuncu dueli olacaq. Ümumilikdə iki qələbə və üç heç-heçəsi olan yığma 3 dəfə Maltaya uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: