Bu gün Slovakiyada yeniyetmə, gənclər və böyüklər arasında Qran-Pri turniri start götürür

A- A A+

Bu gün Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə, gənclər və böyüklər arasında Qran-Pri turniri start götürür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 42-ci dəfə keçiriləcək yarışda qadınların baş məşqçisi Denis Morozov, yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi ilə 11 idmançı təmsil edəcək.

14-15 yaşlı yeniyetmələrin turnirində Veronika Qaşnikova (47 kq), 16-17 yaşlı qızlarda Aysu Əliyeva (53 kq), 21 yaşadək qızlar arasında Xumar Əlibəyova və Ayla Rzazadə (61 kq) mübarizə aparacaqlar. Fidan Teymurova, İnci Əzizova (50 kq), İlahə Qasımova, Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə, Renata Ərəbli (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68+ kq) isə qadınlar arasında yarışda iştirak edəcəklər.

Beynəlxalq hakim Cahangir Babayev Qran-Pri turnirini idarə edən referilər arasındadır.

Qeyd edək ki, mötəbər yarışa otuz ölkədən 1975 karateçi qatılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: