Futbol üzrə İngiltərə millisi rekorda imza atıb

A- A A+

Futbol üzrə İngiltərə millisinin məğlubiyyətsiz oyunlar seriyası davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Qaret Sautqeytin komandası yoldaşlıq oyununda İsveçrə yığmasına 2:1 hesabı ilə qalib gəlib. Bu, britaniyalıların penaltilər seriyası istisna olmaqla uduzmadığı 21-ci matçdır. İngiltərə millisi ilk dəfədir belə göstəriciyə imza atır.

Sonuncu dəfə 2020-ci ilin noyabrında Millətlər Liqasında Belçika uduzan (0:2) komanda o vaxtdan indiyədək 17 oyunda qalib gəlib, 4 dəfə heç-heçə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: