Avropa çempionatı: Hacı Əliyev və Əliabbas Rzazadə finala yüksəlib

A- A A+

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 65 kq-da çıxış edən Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.

Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat Avropa və 3 qat dünya çempionu qızıl medal uğrunda qarşılaşmada macarıstanlı İsmail Musukayevi sınağa çəkəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: