“Atletiko” klubunun baş məşqçisi Paulo Dibalanı transfer etmək istəyir

A- A A+

İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone bu yay İtaliyanın "Yuventus" komandasının hücumçusu Paulo Dibalanı transfer etmək istəyir.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə bir neçə klub maraqlansa da, argentinalı həmyerlisinin rəhbərlik etdiyi “Atletiko”ya keçməyə meyllidir.

Qeyd edək ki, bundan əvvəl P.Dibalanın müqavilə müddəti başa çatdıqdan sonra mövsümün sonunda "Yuventus"u sərbəst agent kimi tərk edəcəyi bildirilib.

P.Dibala 2015-ci ildə “Palermo” klubundan “Yuventus”a transfer olub. Komandasının heyətində 283 oyun keçirən futbolçu 113 qol vurub və 48 məhsuldar ötürmə verib. Beşqat İtaliya çempionu, həmçinin dörd dəfə İtaliya kubokunun qalibidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: