Bu gün 2022-ci il dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq

A- A A+

Bu gün 2022-ci il dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa zonası üzrə pley-off raundunun final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşəcək.

Bakı vaxtı ilə eyni saatda - 22:45-də start götürəcək həlledici görüşlərdə Portuqaliya yığması Şimali Makedoniyanı, Polşa seçməsi isə İsveçi qəbul edəcək.

Pireney təmsilçisi yarımfinalda Türkiyəni (3:1), şimali makedoniyalılar son Avropa çempionu İtaliyanı mübarizədən kənarlaşdırıb (1:0). Polşa millisi yarımfinalda Rusiya ilə qarşılaşmalı idi. Lakin Valeri Karpinin rəhbərlik etdiyi kollektivə texniki məğlubiyyət verildiyindən Polşa futbolçuları birbaşa finala vəsiqə qazanıblar. Onların həlledici görüşdəki rəqibi olan İsveç yığması isə yarımfinal oyununda Çexiyaya qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: