Naxçıvan şahmatçısı Toğrul Həsənzadə Avropa Çempionatında iştirak edir

A- A A+

Sloveniyanın Terme Kates şəhərində şahmat üzrə Avropa fərdi çempionatı keçirilir. İsveçrə sistemi ilə 11 turdan ibarət qitə birinciliyinə 300-dən çox zəka sahibi qatılıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən 15 şahmatçıdan biri də Naxçıvan Şahmat Federasiyasının məşqçi-müəllimi, beynəlxalq usta Toğrul Həsənzadədir.

İlk turda Ukrayna təmsilçisi, qrosmeyster Vladimir Baklanla (2591) üz-üzə gələn şahmatçımız görüşü heç-heçə başa vurub. Növbəti turda qara fiqurlarla belçikalı qrosmeyster Daniel Dardhaya (2540) qarşı mübarizə aparan təmsilçimiz məğlubiyyətlə üzləşib. 2297 reytinq əmsalına malik şahmatçımızın 3-cü turdakı rəqibi İsveç idmançısı Erik Blomqvistdir (2542).

Qeyd edək ki, Şahmat üzrə Avropa fərdi çempionatı martın 27-dən start götürüb, aprelin 6-da başa çatacaq. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək "Dünya Kuboku"na vəsiqə qazanacaq.

                                                          Rəmzi Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: