Naxçıvanda uşaq futbolu üzrə çempionatlar keçiriləcək - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında uşaq futbolu üzrə çempionatlar keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında bu münasibətlə reallaşan tədbir Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Futbol Federasiyası, eləcə də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Çempionatda 8 komanda iştirak edəcək.                                                                          

Turnirin püşkatmanın nəticələrə gəlincə, “AFFA U-14 Liqası” üzrə  “Culfa”- “Şahbuz”, “Araz-Naxçıvan”-“Kəngərli”, “Sədərək”-Şərur rayonunun “Uşaq-Gənclər İdman Məktəbi” və “Şərur”-“Ordubad” cütlükləri münasibətlərə aydınlıq gətirəcək.

“AFFA Koka-Kola Məktəbli Kuboku”nda isə “Şərur” “Kəngərli” ilə,  “Şahbuz” “Sədərək” ilə, “Naxçıvan” “Ordubad”la, “Babək” isə “Culfa” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirlər olimpiya sisteminə əsasən aprelin 1-dən keçiriləcək.

                                                                                  Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: